Sağlam qidalanmaq, sağlam yaşamaq deməkdir. Amma bəzi ölkələrin məhsulları insan sağlamlığı üçün təhlükəlidir. Bu ölkələr arasında adı ən çox hallanan Çindir. Çində istehsal olunan və dünyaya idxal edilən bir çox qida bəşəriyyət üçün təhlükəlidir.
Lent.az xarici KİV-ə istinadən Çində istehsal olunan və həyat üçün təhlükəli olan 5 qidanı təqdim edir:
Süni uşaq qidası
Yeni doğulan uşaqlara ana südündən əlavə, bir də süni qida olan toz süd verilir. 2008-ci ildə Çində bu qida ilə bağlı qalmaqal yaranıb. Çin istehsalçıları süni uşaq qidasına “melamine” maddəsi əlavə edirlər. Buna səbəb testlərdə qidanın protein dəyərini yüksək göstərilməsi və məhsulun keyfiyyətli qida kimi təqdim olunmasıdır.
Qida maddəsi olmayan və zəhərli “melamine” plastik qabların hazırlanmasında istifadə olunur. Həddən artıq çox istifadə olunduqda, xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Həmin il Çində süni qidadan 6 körpə vəfat edib, üç yüz min uşaq xəstələnib.
Konserva qidaları
Çində istehsal olunan konservaların qablaşdırılmasında istifadə olunan qutular həyat üçün təhlükəlidir. Ucuz olduğu üçün bu qabların istehsalında qurğuşundan istifadə olunur. 1900-cü illərdə dünyada konserva qablarının istehsalında qurğuşundan istifadə qadağan edilsə də, Çin bu qadağaya məhəl qoymayıb. Ənənvi olaraq bu ölkədə istehsal olunan hər bir məhsulda bu slaqon məşhurdur: “Yetər ki, ucuz olsun, insan sağlamlığı önəmli deyil”.
Sarımsaq
Dünyada ən böyük sarımsaq istehsalçısı Çindir. Bir çox ölkələrə sarımsaq Çindən idxal edilir. Avstraliyalı araşdırmaçı Çində əkilən sarımsaqların suvarılmasında təmizlənməmiş konalizasiya suyundan istifadə olduğunu açıqlayıb. Növbəti “mərhələ” isə sarımsaqların ağ görünməsi üçün istifadə olunan kimyəvi maddələrdi.
Çupra balığı
Dünyada ən çox istifadə olunan dadlı balıqlardan biri də çupra balığıdır. Bu balığa təlabat çox olduğu üçün süni göllərdə yetişdirilir. Balıq yemlərinin baha olması hər kəsə məlumdur. Çində də süni yetişdirilən balıqlar nə ilə qidalanır? Təəccüblü olsa da, Çində bu balıqlara qida kimi insan nəcisi verilir. Bundan əlavə, xəstələnməsinlər deyə, sularına çoxlu miqdarda antibiotik əlavə edilir.
Duru yağ
Çin mətbəxində qızardılmış yeməklər üstünlük təşkil edir. Keyfiyyətli duru yağ baha olduğu üçün çinlilər bəzi “üsullar”dan istifadə edir. Çinlilər kanalizasiya qalıqlarını müəyyən prosedurlardan keçirəndən sonra yağ halına gətirirlər. Meydana gələn tünd rəngli qarışığın ağardıcı maddələrlə rəngini dəyişirlər. Kazalizasiya qalıqlarından əldə olunan yağ küçə qidalarının hazırlanmasında və restoranlarda bol-bol istifadə olunur.