Türkiyədə güclü qar səbəbi ilə Bursa və Ankaradakı magistral yollar bağlanılıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yolların buz bağlaması səbəbindən “TRT xəbər”in çəkiliş qrupu təhlükə ilə üzləşib.
Müxbir Emre Yüncü magistral yolda çəkiliş edərkən arxa tərəfdən bir yük maşını sürüşərək idarəetməni itirib. Bu zaman müxbir ilə yanaşı bütün işçilər maşını qoyub qaçıblar.
Həmin təhlükəli görüntüləri təqdim edirik.