Türkiyənin pop divası Bülent Ersoyun başına iş gəlib.
Lent.az xəbər verir ki, İzmirdə konsert verdiyi səhnədə əlbisəsi onu pis vəziyyətdə qoyub.
Belə ki, mavi, dekolteli paltarı sinəsindən açılaraq aşağı enib. Nəticədə, onun sinəsi görünüb.
Diva vəziyyətin fərqinə varanda təəccübünü gizlədə bilməyib. Tez köməkçiləri müdaxilə edib paltarı düzəldirlər.
Qeyd edək ki, olay tamaşaçıların diqqətindən də yayınmayıb. Həmçinin, bu, sosial şəbəkələrdə müzakirələrə səbəb olub.