Bakıda "Bolt" kuryerləri etiraza başlayıblar.
Lent.az xəbər verir ki, buna səbəb onların daşıma və çatdırılma xidmətinin ucuz olmasına narazılıq etməsidir. Belə ki, şirkətin kuryerləri ötən gündən qərar verərək, bu gün səhər saatlarında "Bolt" proqramını deaktiv edəcəklərini və fəaliyyət göstərməyəcəklərini bildiriblər.
Sosial şəbəkədə onların bir neçə gün əvvəl eyni səbəblə etiraz edən "Wolt" şirkətinin kuryerləri ilə birlikdə yürüş etdikləri barədə görüntülər yayılıb.
Həmin görüntüləri təqdim edirik: