Bakıda avtobuslarda cibgirlik edən TUTULDU  - VİDEO
01 aprel 2022 12:43 (UTC +04:00)

Bakıda avtobuslarda cibgirlik edən TUTULDU - VİDEO

Bakıda avtobuslarda cibgirlik edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayon ərazisində avtobuslarda cibgirliklə məşğul olan şəxs saxlanılıb.

Tədbir nəticəsində əvvəllər də eyni cinayətlər etdiyi üçün dəfələrlə məhkum edilmiş paytaxt sakini Konstantin Qneuşev tutulub. Aparılan araşdırmalar zamanı onun Suraxanı rayonu ərazisində hərəkət edən avtobuslarda əsasən qadın sərnişinlərin əl çantalarını və mobil telefonlarını oğurladığı məlum olub.

Faktlarla bağlı 32-ci Polis Bölməsində toplanan materiallar Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis orqanına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

# 2382
avatar

Mehman Nəbiyev

Oxşar yazılar