Moped qəzası
22 sentyabr 2021 18:29 (UTC +04:00)

Moped qəzası

Bakıda 2 moped belə TOQQUŞDU - VİDEO

Bakıda baş verən moped qəzasının görüntüləri yayılıb.

Lent.az xəbər verir ki, qəza gecə saatlarında paytaxtın mərkəzi küçələrinin birində qeydə alınıb. Yolayrıcında hərəkət istiqamətləri kəsişən iki moped toqquşub.

Qəza anı yaxınlıqdakı təhlükəsizlik kamerasına düşüb. Görüntülərdən də aydın olur ki, qəza törədən moped işıqforun qırmızı işığına məhəl qoymayaraq hərəkətə davam edib.

Hadisə zamanı ölən və yaralananların olması barədə məlumat yoxdur.

Görüntüləri təqdim edirik:

Bakıda baş verən moped qəzasının görüntüləri

# 3465
avatar

Mehman Nəbiyev

Oxşar yazılar