Bakı metrosunda sərnişinlə dolu qatarda  TÜSTÜLƏNMƏ - VİDEO -YENİLƏNİB
19 fevral 2026 14:23 (UTC +04:00)

Bakı metrosunda sərnişinlə dolu qatarda TÜSTÜLƏNMƏ - VİDEO-YENİLƏNİB

0

Metronun "Nəriman Nərimanov" stansiyasında qatarda tüstülənmə baş verib.

Bakı Metropolitenindən Lent.az-a bildirilib ki, “Nərimanov” stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb. Normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb.

Hazırda bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti təmin olunub.

***

13:42

Metronun "Nəriman Nərimanov" stansiyasında qatarda tüstülənmə baş verib.

Lent.az xəbər verir ki, bu barədə məlumat baku.ws-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, tüstülənmə səbəbindən bütün sərnişinlər düşürülüb.

Lent.az hadisə ilə bağlı "Bakı Metropoliteni"nə sorğu ünvanlayıb. Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 618

Oxşar yazılar