Gədəbəydə bir məmurun otağında çəkilən görüntülər müzakirələrə səbəb olub.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda adını açıqlamayan şəxs Gədəbəy rayon Kommunal Müəssisələri Birliyinin direktor əvəzi Ruslan adlı məmura fəxri diplom verərək təbrik edib:
"Bu gün Azərbaycan Respublikasının Milli Məclisinin informasiya portalının direktoru Fəridə xanımın, cənab Prezident İlham Əliyevin adından, Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan müəllimə Prezident Aparatından göndərilmiş fəxri diplom münasibətilə təbrik edirik. Baxmayaq ki, 2 aydır direktor əvəzidir, rayonumuzda gözəl fəaliyyətinə, analoqu olmayan təmizliklərə görə təbrik edirəm".