Azərbaycanda bu da oldu:  sürücü sərnişini yerə atdı - VİDEO  - YENİLƏNİB
29 iyun 2022 17:50 (UTC +04:00)

Azərbaycanda bu da oldu: sürücü sərnişini yerə atdı - VİDEO - YENİLƏNİB

Sumqayıtda qadını avtobusdan itələyib yıxan sürücü cəzalandırılıb.

Lent.az xəbər verir ki, "Sumqayıt Nəqliyyat-1" MMC-nin direktoru Elgiz Fərəcovun APA-ya verdiyi məlumata görə, sürücü Aqil Kosayev hadisədən sonra işdən çıxarılıb.

Hadisə zamanı xəsarət alan Sənubər Baxşəliyevaya ilkin tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

***

saat 15:21

Sumqayıtda marşrut avtobusunda sərnişinlə sürücü arasında dava düşüb.

Lent.az xəbər verir ki, hadisə zamanı sürücü və avtobusda olan orta yaşlı qadın bir-birini söyüblər. Bundan sonra qadın sürücünün başına çanta ilə vurub. Daha sonra isə sürücü qadını itələyib. Zərbənin təsirindən sərnişin avtobusun qapısından bayıra düşüb.

Hadisə anını təqdim edirik:

Sumqayıtda avtobus sürücüsü ilə qadın arasında dava

# 8295
avatar

Mehman Nəbiyev

Oxşar yazılar