Ağcabədidə buzlu yolda AĞIR QƏZA: 1 ölü, 3 yaralı - VİDEO
11 yanvar 2023 13:15 (UTC +04:00)

Ağcabədidə buzlu yolda AĞIR QƏZA: 1 ölü, 3 yaralı - VİDEO

Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, bu gün Ağcabədi rayonu ərazisində rayon sakinləri Ayxan Quliyevin idarə etdiyi "Mercedes" və İsa Cəfərovun idarə etdiyi "Lada Priora" markalı avtomobillər toqquşublar. Nəticədə "Lada"nın sərnişini Rəşadət Abbasov ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılır.

Məlumata görə, hadisəyə səbəb yolun buz bağlaması olub.

# 5664
avatar

Oxşar yazılar