Bu məşhur turist ölkəsi hava limanında YOXLANIŞI GÜCLƏNDİRİR
27 may 2024 13:35 (UTC +04:00)

Bu məşhur turist ölkəsi hava limanında YOXLANIŞI GÜCLƏNDİRİR

Ən populyar turist ölkələrindən biri olan Türkiyənin hava limanlarında yoxlamaların gücləndirilməsi düşünülür. Artıq müvafiq qanun layihəsi hazırlanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlunun təşəbbüsü ilə olub.

Layihəyə əsasən, sərnişinlərin axtarışı xüsusi cihaz vasitəsilə həyata keçiriləcək. Bu yoxlama kifayət deyilsə, əl ilə yoxlanıla bilər. Sərnişin imtina edərsə, o, təyyarəyə buraxılmayacaq.

Dəyişikliklər hakim Aykut Resuloğlunun Sabiha Gökçen hava limanında təhlükəsizlik keçid məntəqəsində axtarış aparıldığı üçün hakimlər üzərində axtarış aparılmasının zəruriliyini rədd edən iddiasından sonra müzakirələrə səbəb olub. Həmçinin, hava limanında təhlükəsizlik yoxlamalarının mümkün sərtləşdirilməsi də sosial şəbəkələrdə güclü reaksiya yaradıb. Bir çox istifadəçi onların məxfiliyi ilə bağlı narahat olmağa başlayıb. Hələlik qanun layihəsi baxılmaq üçün təqdim olunub.

Nəzərə alın ki, Türkiyənin əsas hava limanlarında iki təhlükəsizlik məntəqəsi fəaliyyət göstərir, birincisi ictimai ərazinin girişində baqajın, ikincisi isə sənədlərin yoxlanılmasını əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3231
avatar

Fidan İlqar

Oxşar yazılar