Youtube  yenilikləri AÇIQLADI
13 fevral 2022 07:14 (UTC +04:00)

Youtube yenilikləri AÇIQLADI

Youtube servisinin məhsullar üzrə direktoru Neal Mohan 2022-ci ildə videoservisə əlavə ediləcək yeniliklərdən danışıb. 

Lent.az xəbər verir ki, o, videoservisin funksionallığını genişləndirəcək imkanlar və istifadəçilər ilə kontent yaradıcıları üçün inteqrasiya ediləcək əlavə alətlər barəsində məlumat verib. 

Neal Mohann verdiyi məlumata əsasən Youtube Shorts-dakı videoların ümumi baxış sayı 5 trilyonu keçib. 

Bu il Youtube tərtibatçıları kontent yaradılması prosesini sadələşdirməyi planlaşdırırlar. 
Bundan əlavə olaraq videoservis bir qədər təkmilləşdiriləcək. 

Belə ki, Youtube-dakı istifadəçi şərhlərinə video vasitəsilə cavab vermək imkanının əlavə ediləcəyi gözlənilir.
 

# 3267
avatar

Oxşar yazılar