Sadələşdirilmiş AirPods
16 dekabr 2020 19:09 (UTC +04:00)

Sadələşdirilmiş AirPods

Yeni vakuum konstruksiyalı QULAQLIQ

Apple şirkəti yeni AirPods modeli üzərində çalışır.

Lent.az bildirir ki, bu barədə The Elec saytı xəbər verib. Məlumatda qeyd edilib ki, hazırlanan yeni AirPods modeli AirPods Pro-nun sadələşdirilmiş versiyası olacaq. Sadələşdirilmiş qulaqlıq vakuum konstruksiyaya sahib olacaq və dizayn baxımından bir qədər fərqlənəcək. Sadələşdirilmiş versiyanın AirPods Pro-dan əsas fərqi ondan ibarət olacaq ki, o, ətraf səs-küyün aktiv boğulması sistemini əldə etməyəcək. Məlumata əsasən hazırlanan yeni AirPods modeli artıq bu il keyfiyyət yoxlanışından keçməlidir. Gələn ilin əvvəlində isə şirkət onun irimiqyaslı istehsalına start verməlidir.

Sadələşdirilmiş AirPods modelinin gələn ilin ya birinci ya da ikinci rübündə satışa çıxacağı gözlənilir. Məlumata əsasən sadələşdirilmiş model adi AirPods Pro-dan 20% daha ucuz qiymətə satılacaq. Bundan əlavə olaraq The Elec qeyd edib ki, Apple şirkəti keçən il AirPods Pro-nun satışa çıxmasından sonra onun sadələşdirilmiş versiyasını təqdim etməyə hazırlaşırdı. Lakin Pro modelə olan böyük tələbat səbəbilə şirkət sadələşdirilmiş modeli bir qədər təxirə salmalı oldu. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə şirkət AirPods Max adlı böyük ölçülü professional qulaqlığı təqdim etmişdi.

# 3216
avatar

Oxşar yazılar