ABŞ-ın keçmiş prezidenti Donald Trampın təşəbbüskarı olduğu sosial şəbəkə fevralın 21-də fəaliyyətə başlayacaq.
Lent.az-ın xəbərinə görə, “Trump Media Group”un layihələndirdiyi sosial şəbəkəyə hələ ad seçilməyib. Lakin onun “Facebook”, “Twitter”, “YouTube”a alternativ olacağı iddia edilir.
Qeyd edək ki, Donald Tramp ötən ilin yanvarında “Twitter”də bloklandıqdan sonra öz sosial şəbəkəsini yaratmağa qərar verib. Yeni platformanın müəllifləri burada heç bir mövzuya qadağa qoyulmayacağını bildirirlər.