Virtualdan dodaqlara, dişlərə və dilə hisslər göndərə biləcək yeni qulaqlıq yaradılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla meta-kainatın yalnız görmə və eşitmə dünyası olmaqdan çıxacağı gözlənilir. Həmin qulaqlar VR (Virtual Reallıq) adlandırılıb.
Yeni texnologiyaya toxunma, vibrasiya və hərəkətlər tətbiq etməklə simulyasiya edilir. Öpüşmə hissi ilə yanaşı, texnologiya virtual su fəvvarəsindən içmək və ya siqaretdən nəfəs almaq üçün də istifadə edilə bilər.
Eyni zamanda 3D dünyada həmin qulaqlırdan oyunlarda da istifadə etmək olar. Məsələn, metaverse(3D) və ya ümumiyyətlə virtual reallıqda qorxu oyunu oynayarkən, dodaqlarda sürünən hörümçək toru hissini oyatmaq üçün də istifadə edilə bilər.