Yeni ilin ən təhlükəli virusu!
08 yanvar 2021 14:46 (UTC +04:00)

Yeni ilin ən təhlükəli virusu!

2021-ci ilin gəlişi ilə yeni bir fidyə proqramı da həyatımıza girdi. Babuk Locker adlı zərərli proqramın müxtəlif ölkələrdəki qurbanlarından minlərlə dollar tələb etdiyi müəyyən edilib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, mütəxəssislər Babuk Locker proqramına diqqət yetirməyin vacib olduğunu bildirirş 

Yeni növ zərərli proqramı təhlil edən təhlükəsizlik tədqiqatçısı Chuong Dong, Conti və REvil proqramı kimi çox yivli şifrələmədən və Windows Restart Manager -dən istifadə edən bir alqoritmlə məşğul olduqlarını bildirdi. Dong, Babuk Lockerin yaradıcılarının bəsit kodlaşdırma bacarıqlarına sahib olan həvəskar qrupdan ibarət olduğunu, ancaq istifadə edilən şifrələmə sxeminin çox yaxşı olduğu da vurğuladı.  

Zərərli proqram qurbanlarına fidyə ödəmədən sənədləri bərpa etmək səyləri sürətlə davam edir. Techradar xəbərinə görə, bu günə qədər 60 mindən 85 minə qədər fidyə tələbinin olduğu ifadə edildi.  

Fidiyə proqramı işə salındıqdan sonra, qurbanın cihazında şifrələnmənin qarşısını alan Windows proseslərini dayandırır. Daha sonra proqram operatorları ilə danışıqların aparılmasına dair təlimatlarla birlikdə bir fidyə qeydini yaradır. Bəzi istifadəçilər zərərli proqramı istifadə edən şəxslərin sənədləri oğurladıqlarına dair dəlillər təqdim etdiklərini .

 

Bundan əlavə, hakerlər qurbanlardan pul qoparmaq üçün oğurlanmış məlumatları haker forumlarına sızdırmaqla hədələyirlər. Fidiyə proqramının qurbanları arasında, hələlik bir lift şirkəti, tibbi test məhsulları istehsalçısı və bir kondisioner şirkəti olduğu təsbit edildi.

 

Müəssisələr, 2021-in fidyə proqramlarına qarşı hazır olduqlarını iddia etsələr də, Babuk Locker proqramı bunu təqsib edir. Son bir ildə Foxconn və Kmart daxil olmaqla bir sıra yüksək səviyyəli şirkətlərə fidyə proqramı ilə hücum edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3417
avatar

Oxşar yazılar