Yaponiyanın Meiji Universitetinin professoru Homei Miyasita yeməklərin dadını təqlid edə bilən televizor ekranı hazırlayıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, televizorun ekranına müdaxilə edərək seçilmiş yeməyin dadını hiss edə bilərsiniz.
Yeni qurğuda hər hansı bir xörəyin dadını yaratmaq üçün 10 dad qutusu var. İstədiyiniz ləzzət nümunəsi istifadəçinin sınaması üçün televizorun displey ekranında gigiyenik təsvirin üzərinə püskürdülür.
Qeyd edək ki, bu cihaza “Taste the TV” adı veriblər. Televizorun hazırlanması üçün 875 dollar xərclənilib. Professor bu işi reallaşdırmaq üçün 30 komanda ilə çalışıb.