Nüfuzlu insayderlərdən biri Xiaomi-nin yeni flaqman smartfonu olacaq Xiaomi 13 Pro-nun texniki özəllikləri barəsində məlumat verib.
Lent.az xarici mediaya istinadən bildirir ki, Xiaomi 13 Pro smartfonu Snapdragon 8 Gen 2 prosessorunu əldə edəcək ilk smartfonlardan biri olacaq. Qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 2-nin təqdimatı bu ay baş tutacaq. Xiaomi 13 Pro modelinə gəldikdə isə o, Xiaomi 12 Pro kimi üçlü arxa kamera ilə təchiz olunacaq. Bununla belə yeni flaqman smartfonda hər bir arxa kamera obyektivi 50 MP-lik olacaq.
Smartfon özündə genişbucaqlı obyektivi, ultragenişbucaqlı obyektivi və teleobyektivi birləşdirəcək. Smartfon 32 MP-lik ön kamera ilə təchiz olunacaq. Digər texniki özəlliklər baxımından Xiaomi 13 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym LTPO E6 AMOLED ekran və 120 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək. Smartfonun MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışacağı gözlənilir. Xiaomi 13 seriyasının nə zaman təqdim olunacağı dəqiq bilinmir. Təqdimatın gələn ay baş tutacağı heç istisna deyil.