“Microsoft” şirkəti istifadəçiləri “Windows 11”in son yeniləməsini silməyə çağırıb.
Lent.az xəbər verir ki, bu barədə “BleepingComputer” məlumat yayıb.
Belə ki, “Windows 11”in növbəti yeniləməsi zamanı əməliyyat sistemində problemlər yaranıb. İstifadəçilər bildiriblər ki, yeniləməni etdikdən sonra bəzi proqramlar açılmayıb və ya düzgün işləməyib.
Mütəxəssislər müəyyən ediblər ki, nasazlıq ".NET Framework 3.5" texnologiyası ilə bağlıdır. Həmçinin, problemin üstündə işlədiklərini və tezliklə aradan qaldıracaqlarını da qeyd ediblər.