“WhatsApp” daha bir yeni funksiyasını təqdim edib.
Lent.az-ın məlumatına görə, indi zənglər zamanı asanlıqla IP ünvanını gizlətmək mümkün olacaq.
Bu funksiya artıq “iPhone” və “Android” cihazlarının sahibləri üçün əlçatandır.
Bu yeniliyin sayəsində danışdığınız şəxs yerinizi tapa bilməyəcək.
Funksiya "Zənglər zamanı IP ünvanlarını qoruyun" adlanır. Onu aktivləşdirmək üçün proqramı ən son versiyaya yeniləyin və aşağıdakıları tətbiq edin.
"Parametrlər" → "Məxfilik" → "Qabaqcıl" → "Zənglər zamanı IP ünvanını qoruyun" qutusunu aktiv vəziyyətə gətirin.
Konfiqurasiya yolu hər iki əməliyyat sistemi üçün eynidir. “WhatsApp”da qrup zəngləri avtomatik olaraq şirkətin serverlərinə yönləndirilir, ona görə də bu parametri aktivləşdirməyə ehtiyac yoxdur.
Eyni zamanda şirkət bildirib ki, yeni təhlükəsizlik parametrlərinin daxil edilməsi səs keyfiyyətinə təsir göstərə bilər.