“WhatsApp”dan yeni bir funksiya:   Məlumatlarınızı, şəkillərinizi..
22 iyul 2022 18:46 (UTC +04:00)

“WhatsApp”dan yeni bir funksiya: Məlumatlarınızı, şəkillərinizi..

Bundan sonra “WhatsApp” istifadəçiləri “Android” əməliyyat sistemindən iOS-a keçərkən tətbiqdəki məlumatlarını ötürə biləcəklər.

Lent.az xəbər verir ki, bu barədə məlumat “XDA-developers” saytında dərc olunub. 

Yenilik hesab informasiyalarını, profil şəklini, şəxsi və qrup çatlarını, söhbət tarixçəsini, media faylları bir əməliyyat sistemindən digərinə ötürməyə imkan yaradacaq. Amma zəng tarixçəsini köçürmək mümkün olmayacaq. 

Qeyd edək ki, keçən il belə bir funksiya “Samsung” smartfonları üçün tətbiq edilmişdi.
 

# 4200
avatar

Sevinc Fərid

Oxşar yazılar