“WhatsApp ”dan daha bir YENİ FUNKSİYA: Bütün mesajları...
07 dekabr 2021 14:02 (UTC +04:00)

WhatsApp”dan daha bir YENİ FUNKSİYA: Bütün mesajları...

“WhatsApp” istifadəçilərin bir müddətdir tələb etdiyi yeniləməni reallaşdırıb. 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, artıq müəyyən bir müddətdən sonra bütün mesajları silmək mümkün olacaq. 

Şirkət əsas rəqibi “Signal”a oxşar bir addım atıb  və  “itən” mesajlar xüsusiyyətini gətirib. Ancaq yeni prosesi tək-tək etmək məcburiyyəti var idi. Bu isə çox vaxt itkisi deməkdir. İndi isə yeni funksiya nəticəsində bütün mesajları yalnız bir yerdən silmək mümkün olacaq.

Bununla yanaşı, siləcəyiniz mesajın vaxtını da özünüz təyin edə biləcəksiniz. İsmarıcların silinməsi üçün “WhatsApp” 24 saat, 7 gün və 90 gün seçimlərini də təqdim edib. 

Qeyd edək ki, yeni funksiya “Android” istifadəçilər üçün 2.21.24.8 Beta versiyasında olacaq.  

# 5949
avatar

Sevinc Fərid

Oxşar yazılar