“WhatsApp” status yeniləmələrinə fərqlilik gətirir
27 oktyabr 2021 15:10 (UTC +04:00)

“WhatsApp” status yeniləmələrinə fərqlilik gətirir

“WhatsApp” status yeniləmələrinə yeni parametrlər gətirir.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, “WhatsApp” yeni funksiyanı beta versiyada sınaqdan keçirir. Müvafiq olaraq, status yeniləməsi geri qaytarıla bilər. “WABetaInfo” tərəfindən edilən rəylərə görə, status yeniləməsini ləğv etməyə imkan verən yeni funksiya “WhatsApp” 2.21.22.6 beta versiyasında sınaqdan keçirilir. Android üçün hazırlanan versiyada təsadüfən və ya səhv dərc edilən status yeniləmələri dərhal geri qaytarıla bilər.

Beta versiyasından istifadə edərək yalnız məhdud auditoriya tərəfindən istifadə edilə bilən xüsusiyyət müvəffəqiyyətli olarsa tam versiyada bütün istifadəçilərə təqdim ediləcək.

 

# 10788
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar