“Volkswagen”dən “Renault Duster” qiymətinə  yeni dəbli   maşın
06 mart 2025 12:05 (UTC +04:00)

“Volkswagen”dən “Renault Duster” qiymətinə yeni dəbli maşın

Almaniyanın “Volkswagen” şirkəti yeni Tera krossoverini - şık dizayna malik və nisbətən aşağı qiymətə malik olan yığcam şəhər modelini təqdim edib. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə avtomobil istehsalçısının rəsmi saytında məlumat verilib.

Avtomobil Rio-de-Janeyroda keçirilən karnaval zamanı təqdim edilib. O, “Volkswagen”in Braziliya bölməsi tərəfindən hazırlanıb.

Tera modeli ön ötürücülü MQB-A0 platformasına əsaslanır. Avtomobil 6 pilləli avtomatik transmissiya ilə tandemdə işləyən 116 at gücünə malik üç silindrli 1,0 TSI turbomühərriklə təchiz edilib.

Modelin baxımlı atletik dizaynı var - əyri pəncərə xətti və dəbli "şişirilmiş" qanadları.

Ön tərəfdən Tera məşhur avtomobil istehsalçısının başqa bir modelini - məşhur kompakt “Volkswagen Tiguan”ı xatırladır. Bu, xüsusən də uzunsov faralara və geniş radiator barmaqlığına aiddir.

Məlumdur ki, yeni məhsul Taubate (Braziliya) zavodunda istehsal olunacaq. Latın Amerikası ölkəsində yeni məhsulun 100-140 min real (təxminən 16 300-22 700 avro) dəyərində olacağı gözlənilir. Yeni Renault Duster bəzi ölkələrdə təxminən eyni qiymətə başa gəlir və ən populyar modellərdən biri olaraq qalır.

Yeni “Volkswagen Tera”nın 2025-ci ilin birinci rübündə satışa çıxarılması planlaşdırılır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638

Oxşar yazılar