Türkiyə "Meta" şirkətini cərimələdi - "FACEBOOK"A GÖRƏ
27 oktyabr 2022 03:38 (UTC +04:00)

Türkiyə "Meta" şirkətini cərimələdi - "FACEBOOK"A GÖRƏ

Meta şirkəti Türkiyə Rəqabət Qurumu tərəfindən rekord məbləğdə - 346 milyon lirə(18,63 milyon dollar) cərimələnib.

Lent.az tech.az-a istinadla xəbər verir ki, Türkiyə Rəqabət Qurumu Metaya qarşı başlatdığı araşdırmanı  yekunlaşdırıb.   

İnzibati cəriməyə əlavə olaraq, qurum məlumat mübadiləsini məhdudlaşdırmaq qərarına gəlib. Çünki Facebook, Instagram və WhatsApp platformalarında toplanan məlumatlar birləşdirilərək fərdiləşdirilmiş reklam üçün istifadə edilib. Və bu vəziyyətin haqsız rəqabətə səbəb olduğunu əsas gətirərək, ən geci 6 ay ərzində üç platformadakı məlumatların reklam məqsədi ilə birləşdirilməsini dayandırmaq qərarına gəlib. Platformada toplanmış məlumatlar yalnız həmin platformanın reklam xidmətləri üçün istifadə edilə bilər.

Meta Rəqabət Qurumunun sözügedən qərarları ilə bağlı açıqlama verib. Meta sözçüsü "Biz Rəqabət Qurumunun fikri ilə razılaşmırıq. Biz istifadəçilərimizin məxfiliyini qoruyuruq və insanlara öz məlumatlarına nəzarət və şəffaflıq hüququ veririk. Məsələ ilə bağlı bütün variantlarımızı nəzərdən keçirəcəyik.",- deyə açqlamasında bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2895
avatar

Oxşar yazılar