Donald Tramp
21 oktyabr 2021 23:14 (UTC +04:00)

Donald Tramp

Tramp öz SOSİAL ŞƏBƏKƏSİNİ yaratdı


ABŞ-ın keçmiş prezidenti Donald Tramp öz TRUTH Social şəbəkəsinin açılacağını açıqlayıb.

“Mən Böyük texnologiya  zülmünə müqavimət göstərmək üçün TRUTH Social və TMTG (Trump Media & Technology Group) yaratdım. Biz “Taliban”ın böyük Twitter varlığının olduğu bir dünyada yaşayırıq, lakin sizin sevimli Amerika prezidentiniz susdurulub. Bu qəbuledilməzdir”, - Trampın açıqlamasında vurğulanır. 


O, T=tezliklə TRUTH sosial şəbəkəsində "həqiqəti" dərc edə biləcəyinə görə sevincini ifadə edib.

“TMTG hər kəsə səs vermək missiyası ilə yaradılıb. Şadam ki, tezliklə sosial həqiqətlə bağlı fikirlərimi bölüşməyə başlayacağam və Böyük texnologiyalara qarşı mübarizə aparacağam. Hamı məndən soruşur ki, niyə heç kim Böyük texnologiyaya qarşı çıxmır? Yaxşı, tezliklə orada olacağıq!”, - Tramp əlavə edib.

2021-ci il yanvarın 6-da ABŞ-da baş verən iğtişaşlardan sonra bir çox sosial şəbəkələr, o cümlədən “Twitter” və “Facebook” Trampın hesablarını bloklayıb. Daha sonra artıq öz onlayn layihəsini açıb və keçmiş işçiləri iyulun 1-də GETTR sosial şəbəkəsini işə salıblar.


 

# 2523
avatar

Oxşar yazılar