Yaponiya mediası “Toyota” şirkətinin dəbdəbəli “Rolls-Royce Cullinan” kimi dəbdəbəli ola biləcək yeni premium avtomobili hazırladığını bildirib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, gələn il təqdim edilməsi planlaşdırılan yeni avtomobil “Century” ailəsinin bir hissəsi ola bilər. Lakin hələlik heç bir texniki xüsusiyyət məlum deyil.
Gələcək avtomobil “Toyota” seriyasındakı ən bahalı model olacaq. Eyni zamanda, Britaniya brendindən fərqli olaraq yaponlar hər il minə yaxın avtomobil yığmağı planlaşdırır.
Şirkət gələcək yeniliyin heç bir texniki xarakteristikasını açıqlamır. Bundan əlavə, brendin rəhbərliyi yeni avtomobilin hazırlanması prosesini şərh etmir.
Qeyd etmək lazımdır ki, hazırkı “Century” sedanı Yaponiyanın ən bahalı avtomobillərindən biridir. Modelin qiyməti 12.220.000 yendən (85 353 dollar) başlayır.