"TikTok"dan yeni funksiya: Artıq videolar...
05 mart 2022 22:29 (UTC +04:00)

"TikTok"dan yeni funksiya: Artıq videolar...

“TikTok” platforması daha bir yeniliyini təqdim edib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə sosial media üzrə britaniyalı mütəxəssis Matt Navarra öz rəsmi "Twitter" hesabında məlumat yayıb.

Məşhur sosial şəbəkə 10 dəqiqəlik videoların yüklənməsi imkanını istifadə verib. 

Xatırladaq ki, bundan əvvəl tətbiqdə 15 saniyə, 1 dəqiqə və 3 dəqiqəlik videolar paylaşmaq olurdu. Yeni funksiya ilə artıq istifadəçilər uzun videoları ayrı-ayrı hissələrə bölmək əvəzinə onları birdəfəlik platformaya yükləyə biləcəklər. 

Bildirilir ki, “TikTok” bu addımı “YouTube” kimi böyük platformanın istifadəçi kütləsini özünə çəkmək üçün həyata keçirir.  


 

# 3567
avatar

Sevinc Fərid

Oxşar yazılar