“Tesla” daha ucuz elektromobil istehsal edəcək – 3 DOLLARLIQ PATENT SAYƏSİNDƏ
06 may 2021 19:53 (UTC +04:00)

“Tesla” daha ucuz elektromobil istehsal edəcək – 3 DOLLARLIQ PATENT SAYƏSİNDƏ

“Tesla” şirkəti elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır. 

Lent.az xəbər verir ki, batareyaların yeni istehsalat texnologiyasını “Tesla” Kanadanın “Springpower International” adlı şirkətinin patentlərindən əldə edib. 

Elon Mask həmin patentləri 3 dollara alıb. Hələ keçən il keçirilmiş “Tesla Battery Day 2020” konfransında “4680 Tesla” adlı yeni batareya növü təqdim olunmuşdu. Şirkət onu öz gücləri hesabına istehsal etmək niyyətindədir. 

Bu yeni növ batareya 5 dəfə daha çox enerji generasiya edəcək. Bu isə öz növbəsində elektromobillərə 6 dəfə daha çox yol qət etmək imkanını verəcək. Bununla belə “Springpower International” şirkətinin texnologiyaları “4680 Tesla” batareyasının istehsal prosesinin bir hissəsi olacaq.

Şirkət tərəfindən əldə olunmuş 3 patentdən biri tullantı sularının təkrar istifadəsini əks etdirir. Bu halda onların bahalı təmizlənmə prosesinə ehtiyac qalmır. Bu öz növbəsində “Tesla”ya istismar xərclərini 75% aşağı salmağa yardımçı olacaq. 

Eyni üsul, həmçinin, ikinci patentdə də öz əksini tapıb. Belə ki, elektromobil istehsalında istifadə olunan metal toz elektromobillərin emal edilmiş batareyalarından və şəbəkə akkumulyatorlarından əldə olunur. 

Mask əmindir ki, yeni batareya texnologiyalarının birləşməsi “Tesla”ya 25.000 dollar dəyərində elektromobil istehsal etməyə şərait yaradacaq. 

Mask, həmçinin, qeyd edib ki, bu yeni texnologiyaların istehsal prosesinə inteqrasiyası üçün 3 il vaxt lazım olacaq./”technote”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3309
avatar

Oxşar yazılar