18:12 27 aprel 2021

“Telegram”da YENİ FUNKSİYA

“Telegram” tərtibatçıları messencer üçün yenilənmə təqdim ediblər .

Lent.az “technote”a istinadən xəbər verir ki, həmin yenilənmə bir sıra vacib yeni funksiyanı özündə birləşdirir. 

Belə ki, əsas yenilənmələr arasında istənilən çatdan ödənişin qəbulu və səsli çatların öncədən baş tutacağı barəsində xatırlatma var. 

Beləliklə, “Telegram”ın yeni versiyasında satıcılar istənilən çat, qrup və ya kanal üzərindən inteqrasiya edilmiş 8 ödəniş servisi vasitəsilə ödənişləri qəbul edə biləcəklər. “Telegram”ın özü isə reallaşacaq ödənişlərdən komissiya götürmür və ödəniş barədə məlumatları öz serverlərində saxlamır.

Bundan əlavə, qrup və çat adminləri öncədən müəyyən vaxta səsli çatı planlaşdıra bilərlər. Bu halda qrup və ya kanal üzvləri rəngli “timer”i görəcəklər. Bunun sayəsində onlar səsli çatın baş tutma vaxtına bildirişin əldə olunması üçün abunə ola biləcəklər. “Telegram”ın yeni versiyasında fotonun və ya videonun sürətli zoom funksiyası reallaşdırılıb. 

Bunu iki barmaq vasitəsilə edilən jestin köməkliyi ilə etmək mümkündür. Həmçinin, videonun sürətlə geriyə və ya qabağa çevrilməsi funksiyası da əlavə edilib. 

iOS cihazlarda bu prosesi səsin tənzimlənməsi düymələri, Android cihazlarda isə ekranın sol və ya sağ hissələrinə toxunuş vasitəsilə etmək mümkündür.

# 1242
avatar

Oxşar yazılar