Telefonun ömrünü necə uzatmaq olar? - 5 sadə, lakin təsirli qayda
20 oktyabr 2022 09:37 (UTC +04:00)

Telefonun ömrünü necə uzatmaq olar? - 5 sadə, lakin təsirli qayda

Bir neçə sadə qaydaya əməl etməklə siz smartfonunuzun ömrünü əhəmiyyətli dərəcədə uzada bilərsiniz.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qaydalardan birincisi, telefonu maksimum doldurmamağa və sıfıra endirməməkdir.

Mütəxəssislər batareyanı 30-80% səviyyəsində saxlamağı məsləhət görürlər. İkinci qayda isə telefonu bütün gecə şarjda qoymaqdır. Üçüncüsü, şarj edərkən smartfondan istifadə etməməlisiniz. Bu telefonun qızmasına və telefonun aktiv istifadəsində mənfi təsirini artıracaq.

Dördüncüsü, sürətli doldurma funksiyasından mümkün qədər az istifadə edin. Bu, batareyanın tutumunu azaldır. Nəticədə, zaman keçdikcə batareya şarjı yaxşı saxlamayacaq.

Beşincisi, yeni bir gadget aldıqdan sonra köhnə telefonu atmamalısınız, yenə də sizin üçün faydalı ola bilər. Köhnə smartfonunuzu işlək vəziyyətdə saxlamaq üçün onu 3 ayda bir dəfə tam doldurun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4305
avatar

Oxşar yazılar