Telefon  enerji yığmırsa,   nə etmək lazımdır?
24 oktyabr 2022 11:12 (UTC +04:00)

Telefon enerji yığmırsa, nə etmək lazımdır?

Bir çox smartfon sahibləri zaman keçdikcə batareyanın zəif şarj olunmasından, enerjinin tez bitməsindən şikayətçidirlər. Bəs, bu zaman nə etməliyik? 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, batareya sərfiyyatına istənilən aktiv xidmət, fonda işləyən hər hansı proqram, həmçinin aktiv simsiz məlumat şəbəkələri, mobil şəbəkə rejimləri səbəb olur. 

Şarjın azalmasının qarşısını almaq üçün ən əsas “Bluetooth” və “Wi-Fi” söndürülməlidir. 

Lazımsız proqramları silin, yaddaşını çox doldurmamağa səy göstərin, şəbəkə parametrlərində “Yalnız GSM” seçin. 

Bundan sonra smartfonun enerjisi yenə tez bitməyə davam edərsə, deməli, cihazınızda ciddi problemlər var. Buna görə xidmət mərkəzinə müraciət edin. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4410
avatar

Sevinc Fərid

Oxşar yazılar