İtaliyadakı məşhur Pompey şəhərinin xarabalıqlarının mühafizəsi robot itə həvalə edilib.
Lent.az-ın xəbərinə görə, Spot adlı “iti” ABŞ şirkəti layihələndirib. Onun missiyası oğruların qazdığı yeraltı tunelləri aşkar etməkdir.
Arxeoloji parkdan bildirilib ki, robotun əsas vəzifəsi təhlükəli yerlərdə xidmət apararaq mühafizədəki boşluqları aşkar etməkdir. Təxminən 2000 il əvvəl vulkan püskürməsi nəticəsində məhv olmuş şəhər bu gün də oğruların diqqətini cəlb edir.