Mixael Şumaxerin 1998-ci ildə “Formula-1” yarışında sürdüyü “Ferrari F300” hərracda 6,2 milyon dollara satılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Şumaxer “Sotheby's”də satışa çıxarılan avtomobillə heç vaxt uduzmayıb.
Kanada, Fransa, Böyük Britaniya və İtaliya yollarında keçirilən “Qran Prisi”də o, həmin avtomobillə qalib olub.
Sonra avtomobil istismardan çıxarılıb və 1999-cu ilin sentyabrında satılıb. 23 il “Ferrari F300”u sürən yeni sahibi, avtomobilin heç bir detalını dəyişdirməyib.
Qeyd edək ki, “Ferrari F300” “Formula-1” tarixində ən bahalı avtomobil deyil. Rekord qiymət 2021-ci ildə qeydə alınıb. Həmin il Şumaxerin 2001-ci ildə idarə etdiyi avtomobil 7,5 milyon dollara satılıb.