“Starlink” peyk interneti   bütün qitələrdə istifadəyə verildi
15 sentyabr 2022 17:29 (UTC +04:00)

“Starlink” peyk interneti bütün qitələrdə istifadəyə verildi

“Starlink” peyk şəbəkəsi bütün qitələrdə istifadəyə verilib. 

Lent.az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb.

Məlumata görə, “SpaceX” peyk terminalları artıq Antarktida da yerləşdirilib. Şəbəkə Makmerdodakı stansiyada işləməyə başlayıb. 

Bununla da “Starlink” peyk interneti Yer kürəsinin bütün qitələrində rəsmi olaraq istifadəyə verilib. 

"Starlink" peyklərinin yeni versiyalarında lazer bağlantısı da əlavə olunacaq ki, bu da bütövlükdə şəbəkənin daha sürətli və dayanıqlı olmasına kömək edəcək. 

Qeyd edək ki, “Starlink” Amerikanın “SpaceX” peyk şirkəti tərəfindən interneti təmin etmək üçün inşa edilmiş bir peyk şəbəkəsidir.
 

# 3183
avatar

Sevinc Fərid

Oxşar yazılar