Sosial şəbəkələrdəki problemlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
19 iyun 2021 15:25 (UTC +04:00)

Sosial şəbəkələrdəki problemlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Bu gün "WhatsApp", "Instagram" kimi beynəlxalq platformalara daxil olmada problem yaranıb.

Bu barədə Lent.az-a Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) məlumat verilib.

Bildirilib ki, problem lokal deyil və qlobal xarakter daşıyıb:

"Dünyanın bir çox ölkələrindən olan istifadəçilər bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar. Artıq problem aradan qalxıb".

***
14:09

Problem yaranan sosial şəbəkələrə giriş bərpa edilib.

Lent.az məlumat verir ki, problemin nə səbəbdən baş verdiyi barədə rəsmi məlumat yoxdur.

***
13:39

"Facebook" və "Instagram" sosial şəbəkəsində problem yaranıb.

Lent.az məlumat verir ki, hazırda istifadəçilər sosial şəbəkələrə daxil olmaqda çətinlik çəkirlər.

 

# 5289
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar