Bir çox istifadəçilər söndürülmüş telefonun daha tez şarj olduğunu düşünür.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Youtube”da olan “TheUnlockr” kanalı bununla bağlı araşdırma edərək video yayımlayıb.
Sınaq zamanı məlum olub ki, telefonun söndürülməsi şarj sürətinə ciddi təsir göstərmir.
Bununla yanaşı, smartfonda olan təyyarə rejimi, Wi-Fi kimi müxtəlif funksiyaların aktiv və ya deaktiv olmasını da sınaqdan keçiriblər. Amma bunun da cihazın enerji yığımına heç bir təsiri olmadığı ortaya çıxıb.