“Samsung Galaxy S23 Ultra” telefonlarının ekranında problem yaranıb.
Lent.az xəbər verir ki, bu barədə istifadəçilər sosial şəbəkələrdə şikayətlər yazıblar.
Telefon sahibləri bildirib ki, cihazın söndürülmüş displeyinin kənarlarında artefaktlar görünür. Elə görünüş yaranır ki, sanki qoruyucu şüşə matrisadan qopub.
“Twitter” istifadəçilərdən biri smartfonla bağlı bu sözləri deyib:
"Ya smartfonun ilk satışa buraxılışı zamanı keyfiyyətə nəzarətdə ciddi problemləri var imiş, ya da mən sadəcə ən şanssız insanam".
Qeyd edək ki, “Samsung Galaxy S23”ün qiyməti 1200 dollar olmaqla “Samsung”un ən bahalı smartfonu seçilib.