“Samsung” şirkəti insan gözünə bənzər kamera yaradıb
12 dekabr 2021 16:12 (UTC +04:00)

“Samsung” şirkəti insan gözünə bənzər kamera yaradıb

"Samsung" növbəti nəsil smartfonlar üçün ISOCELL GWB kamera sensorunu hazırladığını elan edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ilk ISOCELL görüntü sensoru RGB rəng filtrinə əlavə edilmiş ağ piksellə qurulub. Bunun sayəsində sensorun işığa həssaslığı artıb. “Samsung” nümayəndələrinin sözlərinə görə, Çinin “Tecno Mobile” şirkəti ilə birgə yaradılmış sensor “insan gözünə mümkün qədər yaxındır”.

Yeni məhsulun video təqdimatında qeyd edilir ki, ISOCELL GWB zəif işıq şəraitində fotoşəkillər çəkərkən daha parlaq təsvirlər və daha yaxşı rəng dəqiqliyi təmin edir. Sensorun təsvir ölçüsü 64 meqapikseldir.

Jurnalistlərin versiyasına görə, bu sensor 2022-ci ildə Tecno Mobile smartfonlarında görünə bilər. Həmçinin, yeni ixtira “Samsung” cihazlarına tətbiq olunacaq. Bununla belə, mənbələr hesab edir ki, Koreya brendinin 2022-ci ilin əvvəlində elan olunacaq yeni nəsil smartfonları klassik kamera sensorları alacaq.
 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2898
avatar

Oxşar yazılar