Robot rəssam casus kimi həbs edildi -  Gözləri oyulub...
22 oktyabr 2021 00:15 (UTC +04:00)

Robot rəssam casus kimi həbs edildi - Gözləri oyulub...

Dünyanın ilk robot rəssamı adlandırılan Ai-Da tarixi piramida nümayişindən əvvəl həbs edilib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, süni zəkaya malik robot sənətçini Misirin casusluq üçün istifadə etdiyi düşünüldüyü üçün tutulub və gözlərinin də oyulmasına çalışılıb.

Heykəlləri və futuristik əsərləri ilə diqqət çəkən robot rəssam Ai-Da, 10 gün bağlı qapılar arxasında saxlanılıb. Qahirədəki hava limanı səlahiyyətliləri tərəfindən şübhələnildiyi üçün təkcə robot deyil, həm də onu hazırlayan saxlanılıb. Məmurların casus olmaqda günahlandırılan robotun sökülməsi təklifləri də diqqət çəkib.

Qeyd edək ki, Ai-Da və robotu hazırlayan Aidan Meller, Qazi Piramidalarında keçiriləcək tədbir çərçivəsində Qahirəyə gəliblər. Aeroport səlahiyyətliləri isə həm robotu, həm də Melleri araşdırıblar.

İngiltərə mətbuatına açıqlama verən Meller hadisədən çox təəccübləndiyini bildirib. Mellerin dediyinə görə, sərhədçilər Ai-Da-nı əvvəlcə internet bağlantısıdan (modem), sonra isə gözlərindəki kameradan (çəkmək və rəngləmək üçün istifadə etdiyi üçün) şübhələniblər.

Onu da bildirək ki, dünyanın ən məşhur rəssam robotu Ai-Da, gözlərindəki sensorlar sayəsində gördüyü obyektləri mükəmməl çəkə bilir.

# 2994
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar