ABŞ-ın Aerokosmik agentliyi NASA Aya göndərəcəyi nəhəng raketin startını üçüncü dəfə təxirə salıb.
Lent.az qurumun saytına istinadla bildirir ki, növbəti start 27 sentyabra planlaşdırlır. Bu sınaq uçuşu zamanı raketin göyərdəsində heç kim olmayacaq. Məqsəd real uçuş şəraitini yoxlamaqdır.
Qeyd edək ki, texniki nasazlığa görə raketin buraxılışı 29 avqust və 3 sentyabrda da təxirə salınmışdı.