Bitkilərin dilini bilən tapıldı.
İsveçrənin “Vivent” şirkəti bitkilərin biosiqnallarını başa düşən sistem hazırlayıb.
Lent.az-ın xəbərinə görə, müəssisənin rəhbəri “Le Matin” saytına müsahibəsində bildirib ki, bunun üçün süni intellektdən və xüsusi alqoritmlər istifadə olunub.
Bu sistem real vaxt rejimində bitkinin xəstəliyi, həşəratla sirayətlənmə, suya və qidaya ehtiyac barədə məlumat verir. Sistem belə demək mümkünsə, bitkilərə qulaq asaraq onların biosiqnallarını bizim qavradığımız şəkildə kodlaşdırır.