“Microsoft”, səlahiyyətlilərin internet sənayesində qaydaları sərtləşdirdiyi üçün Çindəki “LinkedIn” şəbəkəsini bağlayacağını açıqlayıb.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, “LinkedIn”in açıqlamasına görə, bu proqramı ilin sonunda yalnız iş elanlarından ibarət olan və sosial paylaşım seçimləri olmayan "InJobs" adlı sadələşdirilmiş bir tətbiqlə əvəz olunacaq.