Amerikalı məşhur iş adamı İlon Maska məxsus “SpaceX” şirkətinin buraxdığı raketlərin çoxu təyinat nöqtəsinə çata bilməyib.
Lent.az-ın xəbərinə görə, fevralın 9-da buraxılan 49 rabitə peykindən 40-ı Yer atmosferinin hüdudlarını keçə bilməyib. Buna səbəb Günəşdə baş verən elektromaqnit qasırğası olub. 210 km yüksəklikdə aşağı orbitdə dövr etməli olan peyklər təyinat nöqtəsinə çata bilmədiyi üçün dağılacaq. Digər kosmik zibildən fərqli olaraq bu peyklər hava ilə sürtünməyə görə kosmosda əbədi dolaşa bilməyəcək. Bununla belə, şirkət peyk qalıqlarının Yerə düşməyəcəyinə zəmanət verib.