Martın 4-də Aya RAKET ÇIRPILACAQ
27 yanvar 2022 05:46 (UTC +04:00)

Martın 4-də Aya RAKET ÇIRPILACAQ

“SpaceX” şirkətinə məxsus “Falcon 9” daşıyıcı raketinin ikinci pilləsinin hərəkət traektoriyası məlum olub.

Lent.az-ın xəbərinə görə, 2015-ci ildə DSCOVR müşahidə peykini orbitə qaldırdıqdan sonra raketin əsas hissəsi təkrar istifadə üçün Yerə qaytarılıb. İkinci hissə isə “xaotik” orbitdə tərk edilib.

Bu günlərdə astronomlar raket qalıqlarının traektoriyasını hesablaya biliblər. Məlum olub ki, yanvarın əvvəlində Ayın yaxınlığından keçən cismin traektoriyası dəyişib. Xüsusi proqramla hesablama nəticəsində məlum olub ki, raket qalıqları martın 4-də 9000 km/saat sürətlə Ayın yerdən görünməyən hissəsinə çırpılacaq. 4 tonuq əşyanın Aya çırpılması nəticəsində böyük krater əmələ gələcək. Bu hadisəni Yerdən izləmək mümkün olmayacaq. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2694
avatar

Oxşar yazılar