“Meta” şirkəti növbəti yeniliyini istifadəçilərin ixtiyarına verib.
Lent.az-ın məlumatına görə, bu barədə Mark Zukerberq öz şəxsi hesabında paylaşım edib.
Belə ki, istifadəçilər artıq "Ray-Ban Stories" smart eynək vasitəsilə zəng edəcək və səsli mesajlar göndərə biləcəklər. Həmçinin göndərdikləri səsi açılan pəncərədəki düymələr vasitəsilə dayandıra və silə bilərlər.
Mark Zukerberq "Ray-Ban Stories" smart eynəyinə 2022-ci ildə daha çox yeniliklərin əlavə olunacağını da qeyd edib.