"TracieX" adlı qurğu
22 aprel 2021 09:51 (UTC +04:00)

"TracieX" adlı qurğu

Koronavirus testi tənəffüs vasitəsilə aprılacaq – YENİ APARAT

Sinqapur hakimiyyəti aeroportlarda tənəffüs vasitəsilə koronavirus testlərinin aparılması üçün yeni aparatlar yerləşdirməyi, eləcə də onlardan böyük tədbirlər zamanı istifadəni planlaşdırır.

Lent.az "Belta" resursuna istinadən yazır ki, "TracieX" adlı qurğu klinik tədqiqatlar zamanı nəticələrdə 95 faiz səviyyəsində dəqiqlik nümayiş etdirib ki, bu da polimeraz zəncirvari reaksiya testlərinin effektivliyinə uyğundur. Bununla yanaşı, hər tədqiqatın qiyməti təxminən 20 dollar təşkil edir ki, bu da mövcud analoqlardan ucuzdur və nəticəni 2 dəqiqə ərzində əldə etmək mümkündür.

 

"TracieX" qurğuları artıq Milli Yoluxucu Xəstəliklər Mərkəzində və Çangi Hava Limanında test rejimində istifadəyə verilib. Aeroportda gələn sərnişinlərə bu üsulla müayinədən keçmək təklif edilir. İyunda cihazların kütləvi istehsalına başlamaq planlaşdırılır. İlkin mərhələdə hər ay 200 min test nümunəsi istehsal olunacaq. Gələcəkdə onların aylıq sayının 2 milyona çatdırılması nəzərdə tutulur. Mütəxəssislərin sözlərinə görə, hər nəfəs vermədə insan hüceyrələrində müxtəlif biokimyəvi reaksiyalar nəticəsində əmələ gələn uçucu üzvi birləşmələr yayılır və cihaz tənəffüsün kimyəvi tərkibindəki dəyişiklikləri qeydə alır.

Ötən ilin sonundan Sinqapur hakimiyyəti böyük tədbirlərin, o cümlədən konfrans, sərgi və seminarların keçirilməsinə məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayıb. İştirak üçün əsas şərtlərdən biri isə tədbir başlamazdan əvvəl koronavirus testinin aparılmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2964
avatar

Oxşar yazılar