Portuqaliyanın Koimbr Universitetinin tədqiqatçıları silisium oksidindən və kauçukdan aerogel yaradıblar.
Lent.az xəbər verir ki, aerogel ekoloji və daha qənaətli superizolyasiya materialıdır.
Avropada hər il təqribən 350 milyon şin buraxılmasını və əla istilik izolyatoru olan aerogellərin çox baha başa gəlməsini nəzərə alan alimlər təkrar xammaldan belə bir material yaratmağa çalışırdı.
Son dörd ildə aparılmış tədqiqat bir neçə mərhələdən ibarət olub. Tədqiqatın rəhbəri Paula Santosun sözlərinə görə, istifadədə olmuş şinlərin rezinindən hazırlanan yeni material çox sərfəlidir. Yüksək termik və kimyəvi davamlılığı ilə fərqlənən yeni aerogel çirkab suların yağ və üzvi həlledicilər kimi müxtəlif çirkləndirici maddələrdən təmizlənməsi üçün də tətbiq edilə bilər.