“RR Auction onlayn” hərracında möhürlənmiş qutuda olan birinci nəsil “iPhone” telefonu satılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 8 GB daxili yaddaşa malik A1203 modeli 35.000 dollara satılıb.
Məlumata görə, cihazın qutusunda 12 nişanı olan “iPhone” göstərilir. Bu da bunun “Apple”ın ilk smartfonlarından biri olduğunu təsdiqləyir. İlkin olaraq birinci nəsil 8GB iPhone 599 dollara satılırdı.
Eyni zamanda, hərracda "Apple"ın həmtəsisçisi Stiv Voznyakın əl istehsalı olan "Apple-1" çap elektron lövhəsi, həmçinin, möhürlənmiş qutuda olan birinci nəsil "iPod pleyeri" 25.000 dollara satılıb.