"Instagram"da YENİLİK: Xarici videolara "altyazı"...
03 mart 2022 18:17 (UTC +04:00)

"Instagram"da YENİLİK: Xarici videolara "altyazı"...

“Instagram” sosial şəbəkəsi yeni funksiyasını təqdim edib. 

Lent.az xəbər verir ki, artıq videolar üçün avtomatik “subtitr” yaratmaq mümkün olacaq. 

Bu yeniliyin defolt olaraq aktiv ediləcəyi bildirilir. 

Hazırda avtomatik “altyazılar” hələ ki 17 dildə tətbiq olunur. Bunlara ingilis, ispan, portuqal, fransız, ərəb, vyetnam, italyan, alman, türk, rus, tay, taqaloq, urdu, malay, hindi, indoneziya və yapon dilləri daxildir. 

“Instagram” yaxın gələcəkdə dillərin siyahısını genişləndirməyi planlaşdırır. 

“Subtitrlər” süni intellekt vasitəsilə yaradıldığına görə başlanğıcda müəyyən səhvlər ola bilər. Bununla belə, şirkət süni intellektin öyrəndikcə tədricən iş keyfiyyətinin yaxşılaşacağını iddia edir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3675
avatar

Sevinc Fərid

Oxşar yazılar